XİDMƏT HAQQINDA

Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilməlidir. Əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər.  Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun olmalıdır. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.

Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar tətbiq edilməlidir. Boya tətbiqi təyinatına görə həm fırça həm də airless boya makinaları ilə tətbiq edilə bilər.