Epoksid tətbiqi:

Epoksid yer örtükləri, qatı maye halında beton səth üzərinə tətbiq edilən, yüksək dözümlülük və müqavimətə sahib olan qətran əsaslı sərt yapışma xüsusiyyətli, eyni zamanda ağır yük götürmə qabiliyyətinə malik olan yer örtüyü sistemidir. Müxtəlif qalınlıqlarda və geniş rəng seçimi ilə beton səth üzərinə tətbiq edilə bilir və çox
qısa bir vaxt ərzində istifadəyə verilməsi mümkündür.

Epoksid yer örtüklərinin tətbiq sahələri:

İstismar təyinatına və tətbiq edilmə tərzindən asılı olaraq aşağıda göstərilən sahələr üzrə təbiq edilə bilər:

• Tekstil və Tikiş Fabrikləri
• Qida sənayesində
• Avtomobil qarajlarında və parkinq ərazilərində
• Sənaye obyektlərində
• Xəstəxanalarda
• İdman Meydançalarında

Epoksid sisteminin üstünlükləri:

• Uzun ömürlüdür
• Ağır yük götürmə qabiliyyətinə malikdir
• Gigyenikdir
• Tez tətbiq edilir
• Estetiklik təmin edir
• Sürüşməyən səth təmin edə bilir (Non-slip system ilə)


Epoksid sistemləri:

Diyircəkli fırça (rolik) ilə tətbiq edilir. Beton səht üzərində incə bir təbəqə əmələ gətirir. Piyada və yüngül nəqliyyat üçün nəzərdə tutulan sistemdir. Toz yaranmasının qarşısını almaq üçün tətbiq edilə bilər. Bu sistem qida, dərman anbarları, ofislər, bina girişləri, koridorlar, pilləkənlər, sənaye mətbəxləri, xəstəxanalar, mağazalar, restoranlar, piyadaların hərəkət etdiyi sahələr və s., sahələrdə tövsiyə edilir. Bunlardan əlavə, self-levelling, multi-layer, mortar və digər epoksid sistemləri üzərinə işarələmə boyası və yol cizgi boyası olaraq də tətbiq edilir.

Epoksid self-levelling sistemi coating sisteminə nisbətən daha ağır yük götürmə qabiliyyətinə malikdir. Piyadaların işlədiyi yerlələ yanaşı, ağır nəqliyat vasitələri, forklift, işləyən sahələrdə tətbiq edilir. Tibbi preparatların hazırlandığı istehsal obyektlərində, xəstəxanaların steril sahələrində, elektrik santrallarında və hər növ sənaye təsislərində təmizlənməsi asan və toz tutmayan bir yer örtüyü sistemidir. Kimyəvi maddələrin təsirinə qarşı müqavimətlidir. Self-levelling sistemi aşınmış, çuxurlaşmış, zədələnmiş beton səthləri parlaq, sərt və hamar hala gətirən tək parça halında olan bir yer örtüyü sistemidir. Tekstil, qida, dərman istehsalı obyektləri, elektrik təsisatları, makina istehsalı zavodları,
xəstəxanalar, kimyəvi zavodlar, mebel sənayesi, plastik istehsalı obyektləri, idman kompleksləri, ofislər, mağazalar və anti-bakterial şərait tələb olunan hər növ obyektlərdə tətbiq edilir.

Fabriklər, ticarət mərkəzləri, anbarlar, soyuq hava depoları, yanacaq doldurma mənətəqələri, qarajlar, mütəmadi olaraq su ilə təmasda olan sahələrdə, sürüşməzliyin tələb edildiyi sahələrdə, piyada və nəqliyyatların işlədiyi sahələrdə tətbiq edilə bilən sağlam və müqavimətli epoksid yer örtüyü sistemidir. Dərzsiz və əlavə yeri olmadan tətbiq edilə bilir, toz tutmur, asan təmizlənir, gigyenikdir, aşınma və zərbələrə dözümlüdür, turşulara və kimyəvi təsirlərə qarşı yüksək müqavimətlidir.