Sürmə İzolyasiya (Sement əsaslı material ilə):

Su və nəm izolyasiyada istifadə olunan material növlərindən biri də Sürmə İzolyasiya materiallardır.

Bu tip izolyasiya növü Kanallar, su rezervuarları, Nasosxana otaqları və s., obyektlərdə geniş yayılmaqla yanaşı, damlarda, teraslarda, balkonkarda, mənzillərin pəncərə kənarlarında və s., təyinatlı yerlərdə də tətbiq edilməyə münasibdir.Əgər beton səth üzərində çatlar və zədələnmələr mövcuddursa, əvvəlcə xüsusi təmir materialları ilə beton səth təmir edilir, daha sonra isə sürmə izolyasiyanın ilk qatı tətbiq edilir. Tələbata görə 3 və ya 4 qat tətbiq edilə bilər. Su hövuzlarının pərdə divarlarında isə elastikliyi artırmaq məqsədilə xüsusi izolyasiya torlarından istifadə edilir.

Aşağıda sadalanan üstünlüklərə malikdir:
– Mexaniki dözümlülük
– Elastiklik
– İstiliyə dözümlülük
– Kimyəvi dözümlülük