Mantolama, sadə dillə ifadə edəcək olsaq, binalarda istilik itkisinin minumuma endirilməsi və eyni zamanda evləri soyuqdan mühafizə etmək üçün təmin edən fasad mühafizə sistemidir. Müasir evlərdə əsasən təbii işıqlandırmalara yəni günəş işıqlarının evə daha çox düşməsi məqsədilə geniş pəncərə sistemlərindən istifadə edilməkdədir. Bunun üçün evlərdə temperaturun sabit saxlana bilməsi və istilik itkisinin qarşısının alınması məqsədilə xarici fasadlarda mantolama sisteminə tələb artır. Qış aylarında istilik itkisinin qarşısını almaqla yanaşı mantolama həm də yay aylarında evin sərin qalmasında da mühüm rol oynayır. Bu baxımdan mantolama, başlanğıcda əlavə xərc kimi görünsə də nəticəsi etibarilə mülk sahiblərinə uzun müddətdə rahatlıq, sağlamlıq və qənaətcillik təmin edir.
Mantolama işlərinin icrası aşağıdakı kimi həyata keçirilir:
1) Səthin üzətindəki toz və yağ kimi yapışmaya mane ola biləcək nə varsa təmizlənir və eyni zamanda divarda qabarma, kiflənmə və s. kimi hallar mövcuddursa aradan qalıdırılır, mantolama lövhələrinin yapışdırılacağı səth təmiz və hazır hala gətirilir,
2) Mantolama lövhələrinin qalınlıqlarına görə əvvəlcə profillər montaj edilir,
4) Daha sonra mantolama lövhələrinin sağlamlığını və uzun ömürlü olmasını təmin etmək məqsədilə təqribən 1m² sahəyə standart olaraq minimum 6 dübel vurulur, (binaların kənar hissələrində, küləyə daha çox məruz qalan yerlərdə və ümumiyyətlə 8mt yüksəklidən sonra isə 1m² sahəyə düşən dübel sayısı vəziyyətə görə 8-10 əd tətbiq edilir,
5) Künclərdə küləyin təsiri ilə açılmaların qarşısının alınması məqsədilə künc profilləri yerləşdirilir,
6) Termoizolyasiya lövhələrinin üzərinə birinci qat incə suvaq tətbiq edilir və qurumadan ardınca izolyasiya setkası suvağın üzərinə basılaraq səthə çəkilir və ardınca da ikinci qat suvaq vurulur.
7) Suvaq işləri bitdikdən sonra fasadada xarici fasad boyaları tətbiq edilir ki, bu həm mantolamanın ömrünü uzadır, suvaqda mövcud nöqsanları örtür və dekorativ gözəllik təmin edir.