Epoksid, iki komponentli qətrandan ibarət olub, quruduqdan sonra, suya, bir çox kimyəvi maddələrə müqavimətli olan və eləcə də zaman keçdikcə bu müqavimətini itirməyən, asan təmizlənə bilən, yüksək mexaniki dözümlülüyü olan və bir çox sənaye və məişət obyektlərində tətbiq edilən döşəmə örtük sistemidir.
Epoksid Döşəmə Tətbiq Ardıcıllığı
Döşəmənin Hazırlanması
Epoksid döşəməni tətbiq etmədən əvvəl, tətbiq ediləcək səthin epoksid üçün uyğun olub olmadığı müəyyən edilməlidir. Tətbiq əsnasında müəyyən planların və tətbiq mərhələlələrinin ardıcıllığına diqqət etmək lazımdır. Bunun üçün səriştəli komanda olması zəruridir. Bunu qeyd etməkdə məqsəd odur ki, epoksid döşəmə tətbiq edildiyi zaman hər hansı bir texniki tələb nəzərdən qaçırıldığı zaman daha sonra ortaya çıxacaq olan problemin aradan qaldırılması həm ciddi problem həm də ciddi maliyyətli ola bilər. Bunun üçün işlərinizi professionallara həvalə etmək hər zaman məsləhətdir.
Epoksid tətbiqindən əvvəl səthin üzərində nəmişlik nisbəti təyin edilməlidir. Nəm davamlı olaraq varsa həmin səth epoksid tətbiqi üçün əlverişli sayılmır və nəmin aradan qaldırılması və daha sonradan ortaya çıxmayacağını sığortalamaq lazımdır.
Epoksid tətbiq ediləcən betonun markası da olduqca mühümdür. Texniki tələblərə uyğun olaraq betonun markası minimum M300 olmalıdır. Əks təqdirdə tətbiq ediləcək epoksid sistemi həm məsrəfli ola bilər həm də uzun ömürlü olmaya bilər.
Beton döşəmə epoksid tətbiqindən əvvəl təmizlənməli, mövcud çatlar açılmalı, mortar materialı ilə doldurularaq təmir edilməli və cilalama makinası ilə betonun səthi cilalanaraq hamar səth təmin edilməlidir.
Beton döşəmə yeni tətbiq edilmişdirsə, epoksid döşəmə tətbiqi üçün minimum 28 gün, daha da yaxşı olar ki 2 ay müddətinə qədər gözlənilsin.
Beton səth epoksid tətbiqi üçün hazır olduqda, ardıcıl olaraq texniki tələbə əsasən astar qat, daha sonra qumlu təbəqə və tələbə uyğun olaraq pah vurulur, daha sonra ara qat, son olaraq isə son qat epoksid tətbiq edilərək sistem tamamlanır. Ehtiyac olduğu təqdirdə səthin üzərində işarələrlə piyada zolaqları, qadağanedici zolaqlar, parkiq lotları və s tətbiq edilir.
Epoksid döşəmənin bir çox üstünlükləri vardır;
Asan təmizlənir,
Müxtəlif rəng çeşidləri olduğu üçün dekorativ səth təmin edir,
Beton səthin ömrünü uazdır,
Müxtəlif teksturalarda tətbiq edilə bilməsinə görə sürüşməz səth təmin edə bilr,
Kimyəvilərə dözümlü epoksid sistemləri istehsalat sahələrində uzun zaman istismara əlverişlidir və sahibkarları təmir xərclərindən sığortalayır,
Gigyenik növləri ilə, qida istehsalı sahələrində, klinikalarda və laboratoriyalarda tətbiq edilir,