Su İzolyasiya Xidmətləri,
Su izolyasiya işi, su keçirməyən ya da suya qarşı müqavimətli, sudan qorxmayan və ya müəyyən şərtlər altında suyun nüfuzuna qarşı tədbir məqsədilə görülən işin adıdır.
Binalara nüfuz edən su, binaların daşıyıcı hissələrində yer alan armaturların və dəmir konstruksiyaların paslanmasına və daşıma gücünün zaman keçdikcə azalmasına yol açır. Su betonun çürüməsinə və çatlamasına səbəb olur. Su izolyasiya işi, binaların təhlükəsiziliyinin təmin edilməsi ilə yanaşı bakteriyaların əmələ gəlməsinin, kiflənmənin, suyun damlardan və tavanlardan daxilə nüfuz etməsinin qarşısını alaraq sağlam və rahat mühit təmin edir.
Binaların uzun ömürlü ola bilməsi, sağlam, rahat və etibarlı bir yer ola bilməsi üçün daxili və xarici amillərin mənfi təsirlərindən sığortalanması mütləqdir ki, bunun ən başlıcalarından biri də məhz su izolyasiya işidir. Bu işin isə ən prinsipial tərəfləri isə lazım olan yerə doğru izolyasiya metodu təyin etdikdən sonra, doğru material və düzgün tətbiq edilmə metodudur.
Xarici fasadlarda mantolama edilmiş binalarda, bütün fasadın termoizolyasiya edilməsi qədər hidroizolyasiya edilməsi də zəruridir. Bundan başqa xarici fasadlarda suyun şiddətinə davam gətirə biləcək su izolyasiya boyalarının tətbiq edilməsi olduqcaq vacibdir. Su izolyasiyası edilməmiz binaların özündə belə termoizolyasiya sisteminin 100% effektiv olmadığı müşahidə edilmişdir.
Hidroizolyasiya İşi Necə Həyata Keçirilir?
Bu sualın cavabı yerə və zamana görə müxtəliflik təşkil edə bilər. Müxtəlif yerlər üçün müxtəlif izolyasiya metodları mövcuddur. Misal üçün;
Binaların fundamentlərində su sızma problem; Bina köhnə olduğu zaman binanın ətrafında drenaj sistemi qurmaq hər zaman mümkün olmaya bilər. Buna görə də kəşfiyyat işi hər tərəfli aparılmalıdır. Ancaq daxildən də nəzarət tədbirləri həyata keçirmək mümkündür. Bunun üçün ayrıca izolyasiya sistemləri mövcuddur. Fundament qatlarında xaricdən sızan suyun və nəmin qarşısını almaq üçün kristalizə və neqatiz izoluasiya sistemləri təklif edilə bilər. Bun metod, divarlara müxtəlif ara məsafələri saxlamaq şərtilə xüsusi izolyasiya materiallarının inyeksiya edilməsi şəklində həyata keçirilir ki, bu tip materiallar su ilə təmasda olduğu zaman dərhal effect verməyə başlayır və aktiv su sızıntısının qarşısını alır.
Su Rezervuarlarında və su rezervuarlarında sızma problem; Su rezervuarlarınnın, dəmir beton konstruksiyasının vəziyyətinə görə membrane və ya sürmə izolyasiya sistemləri tətbiq edilə bilər. Bu kimi obyektlərdə isə əsasən parapet və pərdə divarların birləşmə hissələri, su giriş-çıxış nöqtələri və trapların ətrafı əsasən su sızmalarının ən çox baş verdiyi nöqtələrdir ki, daha sonradan bu problemlərlə qarşılaşmamaq üçün inşaat əsnasında buna ciddi nəzarət etmək zəruridir.
Terrasda su sızma problem; Terrasın mövcud vəziyyətinə görə tamamnə sökülüb yenidən təmir edilməsi büdcəyə uyğun olmayacağı üçün və ya praktiki olaraq mümkün olacağından və ya olmayacağından, bunun üçün də fərqli izolyasiya sistemləri mövcuddur və tətbiq edilə bilər.