Metal oksigen ilə təmas etdikdə tədricən oksidləşir. Yağıntı suyu və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir. Biz bunu paslanma olaraq adlandırırıq. Ancaq paslanma əslində o qədər də əhəmiyyətsiz bir mövzu deyildir. Pas metalın müqavimətini qıraraq çürüməsinə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir əşya çürüdükdə, bir müddət sonar yararsız hala düşür. Bu səbəbdən də əlimzdəki materialları illərcə istifadə edə bilmək üçün materialın oksigen ilə təmasına mane olmalıyıq. Bunun üçün isə müxtəlif yollar mövcuddur:
1) Materialı xrom ilə üzləmək (Bu çox baha bir metod olub sadəcə kiçik predmetlərə tətbiq edilə bilər).
2) Material boyanmalıdır (Bu gün bütün dünyada tətbiq edilən ən sadə və qənaətcil metod isə budur).
Boyama İşi:
Metaldan hazırlanmış bir əşyanı boyamadan əvvəl ilk ediləli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas və beton və boya qalıntılarından təmizlənməsidir.
Metaldan hazırlanmış bir əşyaya tətbiq ediləcək ən ideal səth təmizlənməsi isə qumlama etməkdir. Kiçik parçalarda cilalayıcı və ya tel fırça ilə təmizləmə nəticə verə bilər, ancaq qumlama ilə müqayisə edildikdə bu iki metod da son dərəcə yetərsiz qalır. Bundan başqa böyük parçalarda cilalama və fırçalaa metodu həm vaxt həm də işçilik baxımından əziyyətli və sərfəsizdir.
Qumlama nədir?
Metal konstruksiyanın pas və digər maddələrdən təmizlənməsi və boyanın səthə daha sərt yapışmasını təmin etmək məqsədilə istifadə edilən bir metoddur. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə metodudur. Müxtəlif standartlarla ölçülür. Əsasən 2.5 SA standartında qumlama tətbiq edilir.
Qumlama Materialları:
Grit: Tozlanması ən az və qumlama gücü ən yaxşı olan qum materialdır. Tərkibi xırda metal qırıntılarından ibarətdir.
Drob: Gritə nisbətən yumru qırmalar halında olan metal dənəcikləridir. Müxtəlif ölçülərdə və fraksiyalarda olur. Daha çox istifadə edilə bilir. Ancaq qiymət baxımından qrit materialından on dəfə bahadır.
Qumlama Avadanlığı və Qumlama Prosesi:
Qumlama işi, səyyar qumlama makinası olan, yüksək təzyiqli hava vuran bir kompressor, xortumlar və digər ikinci dərəcəli avadanlıqlar ilə həyata keçirilir. Qumlama işini həyata keçirən kimsə isə mütləq skafandr və xüsusi yuniforma geyinməlidir.